Gürcülər ermənilərin yolunu bağladı - yüzlərlə yük maşını sərhəddə qalıb - VİDEO

Təxminən 10 gündür ki, erməni yük maşınları Larsa gedən yolda ilişib qalıb.
Avtosfer.az Milli.Az-a istinadən xəbər verir ki, erməni saytlarına müsahibəsində sürücü Taron Markaryan deyib ki, yolda təxminən 200 yük maşını yığılıb qalıb. "Bizə keçməyə icazə verilmir. Yalnız bir izah var - ermənilər üçün yol bağlıdır. Gözümüzün qabağında gürcü və azərbaycan nömrə nişanlı avtomobillər keçir, amma bizə icazə verilmir"- deyə Markaryan bildirib.
Sürücülərə keçidin daha bir həftə bağlanacağı bildirilib: "Bu, Ermənistanı blokada etmək üçün düşünülmüş addımdır. 10 gündür burda olan insanlar var". O, Ermənistanın Gürcüstandakı səfirinin həmin əraziyə baş çəkdiyini bildirib. "Bir neçə gün əvvəl bura gəldi, polislə danışdı və getdi. Sürücülər Yüksək Texnologiyalar Nazirliyinin qaynar xəttinə zəng vurdular, oradan belə cavab verdilər: maşınlarınızın sahiblərinə deyin, qoy bu problemi həll etsinlər. Uşaqlar və düşünürəm ki, dövlət məmurlarımızın diqqətini çəkmək üçün yolu da bağlayacağıq. Dövlətimiz haradadır? deyə sürücü sualla çıxış edib.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












