Gürcüstanda yanacağın qiymətində artım müşahidə edilir

Son günlər Gürcüstanda yanacağın qiymətində 3-4 tetri artım müşahidə edilir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vaxtanq İobaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstanda yanacağın qiymətinin son artımı beynəlxalq bazarlarda neft məhsullarının bahalaşması ilə bağlıdır.
O qeyd edib ki, son zamanlar Rusiya yanacağı keçənilki kimi ucuz satmayıb və qiymətlər faktiki olaraq Avropa ilə bərabərləşib: “Müvafiq olaraq, bütün bu müddət ərzində bizdə sabit qiymətlər olub. Dünya neft bazarında qiymətlər qalxarsa və neft bahalaşarsa, bu, təbii ki, Gürcüstana da təsir edəcək. Bu proses başlayıb”.
Qeyd edək ki, hazırda Gürcüstanda yanacağın ortalama qiyməti Aİ-95 benzini üçün 3,16 lari (2,15 manat), Aİ-98 benzini üçün 3,62 lari (2,30 manat) təşkil edir. Dizelin qiyməti 3,32 lari (2,11 manat), LPG qazının qiyməti isə 1,53 lari (0,97 manat) olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












