Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağları alışına çəkdiyi xərc artdı

Ötən il Gürcüstan Azərbaycandan 381,2 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
Avtosfer.az-ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 12 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
2025-ci ildə Gürcüstan xarici ölkələrdən 2 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 9 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 840 milyon ABŞ dolları, Rumıniyadan 231 milyon ABŞ dolları, Bolqarıstandan 193 milyon ABŞ dolları, Türkiyədən 114 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1 milyard 842 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı alıb ki, bunun da 341 milyon ABŞ dolları Azərbaycanın payına düşüb./report
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












