Hacı Surxaya qarşı oğurluq

Azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxayın Yutub kanalı kiber hücuma məruz qalıb.
Avtosfer.az "yenisabah.az"a istinadən xəbər verir ki, yeni açılan və qısa müddətdə16 min 300 abuçəsi toplaya bilən kanalda paylaşılan videoların izləmə sayı orta hesabla 40-100 min baxış olub.
Hacı Surxay yeni açdığı Yutub kanalında canlı yayımda əsas etibarilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəsindən, dövlətçilik ənənələrindən, Azərbaycanın uğurlarından söz açır, şəhid ailələri, şəhid övladları ilə söhbətlər edir, dini tərbiyəvi moizələr təqdim edirdi. Az zaman kəsiyində çoxsaylı abunəçi toplayan kanal hakerlərin hücumuna məruz qalıb və bağlanılıb.
Hazırda kanalın fəaliyyətinə nəzarət edən partnyor şirkət bu məsələnin hüquqi müstəvidə araşdırılması, hücum edən hakerlərin tapılması, kanala müdaxilə edən şəxslərin aşkara çıxarılması və kanalın bərpası üçün çalışır.
Qeyd edək ki, Hacı Surxay fikirlərinə görə zaman-zaman mətbuatın gündəmində olub. Bir müddət əvvəl o, məhərrəmlikdə toy edənlərin bədbəxt olacaqlarını deyərək göndəmə çevrilmişdi.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












