Hacıqabulda buraxılan avtobuslar Bakı–Sumqayıt marşrutunda

Metronun “Azadlıq prospekti” stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti sərnişinlərin istifadəsinə verilib.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyevin bildirdiyinə görə, marşrut üzrə işləyən yeni “Isuzu” avtobusları “AzMaşın” Hacıqabul Sənaye Məhəlləsi ilə Özbəkistanın “SamAuto” şirkətinin birgə istehsaldır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ciilin sentyabrında Hacıqabul Sənaye Məhəlləsində açılışını etdiyi “AzMaşın” zavodu rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayır. Bu prosesdə Özbəkistanla əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatı üçün böyük önəm daşıyır.
“AzMaşın” və “Uzavtosanoat” səhmdar cəmiyyətlərinin müştərək müəssisəsi olan “Azərmaş CP”də “Minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı” birgə layihəsi uğurla davam etdirilir. İndiyədək 14 modeldə 2,5 mindən çox “Chevrolet” markalı minik avtomobili və Yaponiyanın “İSUZU” brendinin avtobusları istehsal olunub.
(xalq.qəzeti)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












