Hacıqabulda oğurluq edən Abşeron sakini saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qızılburun kəndi ərazisində yerləşən mağazaların birindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən oğurluq əməlini törədən Abşeron rayonu Masazır qəsəbə sakini Nihad Verdiyev saxlanılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, N.Verdiyev noyabr ayının 8-də gecə saatlarında kənd ərazisində yerləşən mağazaya qanunsuz daxil olaraq oradan 2016 manat dəyərində danışıq kartları, spirtli içki və tütün məmulatı, eləcə də 110 manat pul oğurlamaqla zərərçəkənə ümumilikdə 2126 manat maddi ziyan vurub.
Həmin şəxs dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib.
Faktla əlaqədar Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











