Hacıqabulda oğurluq edən rayon sakini saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Muğan qəsəbəsində yerləşən evlərin birindən 2500 manat pul və 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Bayramov saxlanılıb.
Həmin şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində yerləşən daha bir evdən 2000 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Dindirilmə zamanı E.Bayramov törətdiyi oğurluq hadisələrini etiraf edib.
Faktla əlaqədar Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












