Hacıqabulda selin fəsadları aradan QALDIRILDI - FOTO

12 oktyabr tarixində bəzi bölgələrdə yağan leysan xarakterli yağışlar nəticəsində Pirsaat çayı öz məcrasından çıxıb və Hacıqabul rayonu ərazisindən sel keçib.
Nəticədə Hacıqabul stansiyasının ərazisinə də ciddi zərər dəyib və dəmiryol xətlərinin torpaq qatı yuyulub. Həmçinin Hacıqabul dartı yarımstansiyasının həyətində sel suları ciddi fəsad törətdiyi üçün elektrikin verilməsində və rabitə-işarəvermə qurğularının fəaliyyətində fasilələr yaranıb.
Bu səbəbdən Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən qatarların Sığırlı-Padar-Qarasu-Muğan-Hacıqabul sahəsində sürət həddi endirilib.
Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib. Dəmiryol xətlərində möhkəmləndirmə işləri aparılıb, kontakt şəbəkə dayaqlarının dibləri doldurularaq bərkidilib, rels şpal çərçivələrinin yuyulmuş hissələrinə çınqıl tökülərək möhkəmləndirilib.
Hadisənin fəsadları aradan qaldırılıb, hazırda ölkədaxili marşrutlar üzrə qatarların sürəti tam bərpa edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












