Hamar yol bu hala qaldı - FOTOLAR

Bu şəkilləri əməkdaşımız dünən Füzuli rayonunun Qayıdış adlı qəsəbələr silsiləsində çəkib. Gördüyünüz kimi, yollar bərbaddır. Bir neçə ay öncəyə qədər isə bu yollar şüşə kimi hamar idi. Örənqala qəsəbəsinə qədər uzanan bu 20 kilometrlik yol məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin sakinlərinə xidmət edirdi. Bir neçə ay öncə isə, yolun bəzi hissələrində asfalt üzərində yaranmış xırım-xırda çala-çuxuru yamamaq zərurəti yarandıqda yol tikintisi və təmiri ilə məşğul olan mərkəzi idarədən buraya texnika gətirilib və guya ki, yolda təmirə başlayıblar.
Yerli sakinlər danışır ki, yolda hərəkəti çətinləşdirən bərbad hissə, 300-500 metr aralığında olub, ancaq yol təmirçiləri 20 kilometrlik yolun hamısını şumlayıblar, asfalt örtüyünü qazıyıb təpələr düzəldiblər. Əhali elə bilib ki, bu, şəhər yerlərində adi hal olan asfalt qaşınmasıdır, onu sonradan bişirib yola döşəyəcəklər. Ancaq təmirçilər, yolun ortasına qalaqladıqların asfaltın 90 faizini yenidən yola yayıblar. İndi asfalt qırıları ilə daş, çınqıl parçaları yolda belə bir mənzərə yaradıb. 3-4 ay əvvəl bu yolda avtomobillər saatda 90, 100, hətta 120 km sürətlə hərəkət edə bilərdilərsə, indi sürət hətta saatda 5 km (yəni piyada gedən adam) sürətinə düşüb.
Camaat yol təmirçilərinin nədən belə bir təsərrüfatsızlıq etdiklərinin məqsəd, məramını bilmirlər. İndi hamı oturub gözləyir ki, Füzuli rayonunun yollarının abadlaşdırılmasına ayrılmış 3 milyon manatdan 1 milyonu da bu yolun bərpasına yönəldiləcək və nəhayət, 10 mindən artıq adamın işinə yarayan yol qaydasına düşəcək. İlkin hesablamalara görə, 3-4 ay öncə şüşə kimi hamar olan bu yolun bərpasına ən azı bir milyon manat vəsait lazımdır.
Görəsən, hamar yolu şumlayıb bu hala salmaq kimin ideyası və təşəbbüsü olub? Ən əsası məqsəd nə imiş?
musavat.com
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi















