Hansı məhsulların ölkəyə gətirilməsi qadağandır?

Son zamanlar onlayn ticarətə maraq artıb. İnsanlar almaq istədikləri məhsulu dünyanın istənilən ölkəsindən onlayn qaydada sifariş verib, əldə edirlər. Təkcə geyim yox, mebel, tekstil malları, qab-qaşıq, həmçinin avtomobili də ölkədən çıxmadan ala bilirlər.
Lakin burada yaranan çətinlik ölkəyə gətirilməsi qadağan olunan məhsulların çatdırılması ilə bağlıdır.
Yəni vətəndaş məlumatlı olmadığı üçün məhsulu sifariş verir, ölkə sərhədində aydın olur ki, sifariş verilən məhsulun ölkəyə gətirilməsi qanunla qadağan olunub.
Belə məhsullardan biri də daha çox səyahət zamanı və velosiped sürərkən istifadə olunan kameralı eynəklərdir. Vətəndaşlar bu məhsulu sifariş etsələr də, sərhəddən buraxılmadığını deyirlər.
Ümumiyyətlə, Azərbaycana gətirilməsi qadağan olunan mallar hansılardır? Kameralı və fənərli eynəklərin də gətirilməsi qadağandırmı?
Dövlət Gömrük Komitəsindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür əşyalar xüsusi icazə ilə gətirilir:
"Ölkə ərazisinə gətirilən mallara dair qadağa və məhdudiyyətlər "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 564 nömrəli Qanunu və "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanunu ilə müəyyən olunur.
Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanının 2 nömrəli əlavəsinə əsasən, Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin dövriyyədə olmasına Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti) tərəfindən verilən xüsusi icazə əsasında yol verilir".
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












