Hansı universitetlər hara köçürülür? - VİDEO

Paytaxtda yerləşən 30 yaxın ali məktəbin bölgələrə köçürülməsi labüddür. Əks halda tıxac yuvasına dönən Bakıda vəziyyət daha da qəlizləşəcək.
Bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib.
Ekspert deyir ki, hazırda ölkədə 44 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların yarısından çoxu paytaxt Bakıdadır. Təkcə Bakıda 120 minə yaxın tələbə təhsil alır. Bu təhsil ocaqlarının tədricən Bakıdan kənara köçürülməsi həm sıxlığı aradan qaldıracaq, həm də regionların sosial-iqtisadi inkişafına səbəb olacaq.
Təklifə əsasən, həm də xüsusil təyinatlı təhsil müəssisələri işğaldan azad edilən ərazilərə köçürülməlidir.
Kamran Əsədov hesab edir ki, 28 may metrostansiyası ətrafında olan Xarici dillər və Slavyan universitetləri də köçürülməlidir. Həmin ali məktəblərin mərkəzdə olması sərnişin sıxlığı yaradır. Ekspert deyir ki, köçürülmə prosesinə kompleks şəkildə yanaşılmalı və bölgələrdə tələbə şəhərcikləri salınmalıdır. Bu tip şəhərciklər tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunmalıdır.
Ekspert əlavə edib ki, ölkəmizdə təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, yaxın vaxtlarda ölkəmizdə universitetlərin Bakıdan kənara köçürülməsi real görünür.
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq












