Hava limanına giriş məhdudiyyətinin müddəti uzadılıb

Moldovanın hakimiyyət orqanları Kişineu beynəlxalq hava limanına giriş məhdudiyyətini oktyabrın 31-dək uzadıb.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, aeroportun terminalına yalnız bileti və səyahət sənədi olan sərnişinlərin, habelə personalın və təyyarə ekipajlarının daxil olmasına icazə verilir.
Mayın 1-dən etibarən ölkənin yeganə sərnişin hava limanına giriş sərnişinləri yola salan və qarşılayanlar üçün qadağan edilib. O vaxt Moskvadan qayıdan Qaqauziya rəhbərliyi və müxalifət partiyalarının nümayəndələri Kişineu hava limanında axtarışlara və dindirilmələrə məruz qalıblar. Onların arasında muxtar bölgənin rəhbəri Yevgeniya Qutsul və hava limanında diplomatik pasportundan məhrum edilən Xalq Məclisinin sədri Dmitri Konstantinov da olub. Siyasətçilərin saxlanılmasının qarşısını almaq üçün yüzlərlə insan hava limanına gəlib və polislə toqquşma baş verib.
Hakimiyyət orqanları aeroporta giriş məhdudiyyətinin müvəqqəti olduğunu bildirərək, bunu “Pasxa” bayramı günlərində sərnişin axınının artması ilə izah ediblər. Lakin sonradan qadağa bir neçə dəfə uzadılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












