Bakı Aeroportunda ƏMƏLİYYAT - FOTO

Hadisə 27 Avqust 2026 15:23
Bakı Aeroportunda ƏMƏLİYYAT - FOTO
WhatsApp kanalımıza abunə olun

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən aparılan birgə nəzarət-yoxlama tədbirləri nəticəsində narkotık vasitə aşkar edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Bakı-Tiflis aviareysi ilə gedən Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 15,849 qram narkotik vasitə - kokain aşkar olunub.

Daha sonra davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin kirayədə yaşadığı evdən 16 qrama qədər narkotik vasitə - qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 2,440 qram olan çətənə bitkisinin toxumları, 2 həb psixotrop maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Oxunub : 156
ŞƏRH YAZ
Ad

E-mail

Şərh