“Dövlətin bizə ayırdığı torpaq zəbt olunur” - Vətəndaşlar 5 aydır gözləyir

“Beş aydır ki, gözümüzün qarşısında dövlətin biz kəndlilər üçün ayırdığı örüş sahələri zəbt edilir, amma məsul qurumlar susur. Əraziyə baxış keçirilib, qanunsuzluq təsdiqlənib, lakin bu günə qədər heç bir tədbir görülməyib”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Göygöl rayonunun Mollacəlilli kənd sakini Babək Əliyev müraciət edib.
Vətəndaşın sözlərinə görə, kənddə heyvanların otarılması üçün nəzərdə tutulan örüş sahələrinin bir hissəsində bəzi şəxslər tərəfindən arpa, buğda və xüsusilə çoxillik yonca əkilib: “Bu örüş yerləri kəndin bəzi sakinləri tərəfindən qanunsuz, özbaşına və heç bir hüquqi sənəd olmadan ticarət məqsədilə zəbt olunub. Dövlətin kəndlilər üçün ayırdığı xüsusi təyinatlı örüş və otlaq sahələrindən digər heyvanı olan şəxslər istifadə edə bilmir”.
Şikayətçi bildirib ki, arpa və buğda sahələri mövsüm başa çatdığı üçün hazırda yoxdur, lakin örüş sahəsinin böyük hissəsini əhatə edən yonca sahələri, xüsusilə də hasarlanmış ərazilər hələ də qalır, bu isə vəziyyəti daha da dözülməz edir.
B.Əliyevin iddiasına görə, məsələ ilə bağlı Göygöl bələdiyyəsinin sədri Oktay Məsimova bir neçə dəfə müraciət etsə də, nəticəsiz qalıb: “Bu ilin aprel ayında bir neçə dəfə müraciət etdim. Çoxsaylı tələblərimdən sonra bələdiyyə sədrinin müavini Araz Abbasov və Mollacəlilli kəndi üzrə icra nümayəndəsi Qabil Məmmədovun iştirakı ilə əraziyə baxış keçirildi. Örüş sahəsinin qanunsuz zəbt olunması rəsmilər tərəfindən təsdiqləndi. Tam beş ay müddət keçib, ancaq Göygöl bələdiyyəsi tərəfindən bu günə qədər heç bir ciddi, real və hüquqi tədbir görülməyib. Dəfələrlə məsələnin aqibəti barədə soruşanda Oktay Məsimov tamamilə gülünc dolu, heç bir məntiqə sığmayan uydurma bəhanələr gətirir, açıq-aşkar problemin həllini yubadır. Acınacaqlısı budur ki, Oktay Məsimov bütün bu qanunsuzluğu bilə-bilə səssiz qalır və heç bir tədbir görmür, yaxud da görmək istəmir”.
Sözügedən şikayətlə bağlı Göygöl bələdiyyəsinə müraciətimizə cavab olaraq bildirildi ki, qanunsuz əkin edən şəxslərə artıq müraciət olunub: “Bizə edilən müraciətlərdən sonra qeyri-qanuni əkin edənləri idarəyə çağıraraq görüş keçirdik. Kənd nümayəndəsi, Göygöl bələdiyyə sədrinin müavini Araz Abbasov və Mollacəlilli kəndi üzrə icra nümayəndəsi Qabil Məmmədov həmin şəxslərə xəbərdarlıq edib. Onlar da bundan sonra əkin etməyəcəklərini bildiriblər. Biz onlara məktub yazaraq zəbt olunmuş yeri azad etmələrini bildirmişik. Etmədikləri təqdirdə isə hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var










