Hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

İyulun 3-4-də Astanada təşkil olunacaq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı paytaxtın hava limanları və dəmir yolu vağzallarında gücləndirilmiş və fasiləsiz iş rejimi təmin olunacaq.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Müntəzəm reyslər planlaşdırıldığı kimi həyata keçiriləcək. Sammit dövrü üçün əlavə əməliyyat və dispetçer heyəti cəlb edilib. Ehtiyat olaraq, 100-dən çox şəxs işə cəlb edilib. Paytaxt administrasiyasının nümayəndələri ilə yanaşı, xarici dil bilən könüllülər də işə dəvət olunur," - deyə nazirlik bildirib.
Qeyd edək ki, sammitin keçirilməsi ilə əlaqədar, Astana ətrafında blok-postlar qurulub, strateji obyektlər mühafizəyə alınıb və polis gücləndirilmiş iş rejiminə keçib.
Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Astanaya 16 ölkənin dövlət və hökumət başçılarının səfəri gözlənilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












