Hava limanlarında sərnişin axını 230 milyon nəfəri keçəcək

Türkiyənin hava limanlarında sərnişin axını ilin sonuna kimi 230 milyon nəfəri keçəcək.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Trabzon vilayətinə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, müasir Türkiyə mülki aviasiya sahəsində ən geniş kommunikasiya şəbəkələrindən birinə malikdir.
“Ölkədə aktiv fəaliyyət göstərən hava limanlarının sayı 58-ə çatıb. Aviaşirkətlərimiz dünyanın 131 ölkəsinin 346 hava limanına uçuşlar təşkil edir”, - deyə nazir vurğulayıb.
Uraloğlu qeyd edib ki, təkcə bu il yanvarın 1-dən iyulun 31-dək olan dövrdə Türkiyə hava limanlarında sərnişinlərin sayı 129 milyon 738 min nəfərə çatıb, hərçənd ötən ilin eyni dövründə bu rəqəm 118 milyon sərnişin təşkil edib.
Nazir hava səyahətinin artan cəlbediciliyinə və Türkiyənin coğrafi üstünlüklərinə diqqət çəkib.
“Türkiyədən cəmi 4 saatlıq uçuşda ümumilikdə 1,4 milyard əhalisi olan 67 ölkə var. Getdikcə daha çox insan hava nəqliyyatından istifadə edir və bu, aviaşirkətlər üçün əhəmiyyətli stimuldur”, - deyə Uraloğlu bildirib.
O, nəqliyyat və infrastruktur sahəsini müasir Türkiyənin inkişafı üçün “zəmanət” adlandırıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












