Həbsdə olan şəxsin 1,4 milyonluq cinayəti üzə çıxdı

Bakıda vətəndaşa qarşı dələduzluqda ittiham edilərək 5 il 6 ay həbsə məhkum edilən 1987-ci il təvəllüdlü Fəxrəddin Cavanşirovun yeni əməlləri üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, 165 min manatlıq dələduzluq işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilən F.Cavanşirova bu dəfə 178.4-cü (Xüsusilə külli miqdarda dələduzluq) maddə ilə ittiham elan edilib.
2021-ci ildən həbsdə olan şəxsin ondan əvvəlki müddətdən bir neçə nəfəri aldadaraq böyük məbləğdə pullar alması üzə çıxıb. Belə ki, onun vətəndaşlardan biznes qurmaq adı ilə müvafiq olaraq 630 min, 196 min, 268 min, 120 min, 133 min manat alaraq ələ keçirməsi məlum olub.
İş üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, Fəxrəddin özünü bacarıqlı, uğurlu biznesmen kimi təqdim edib və aldatdığı şəxslər bir-biri ilə qohum olub. O, yaxşı münasibətdə olduğu həmin insanlara özünü xaricdən idxal etdiyi mobil telefon aparatları, mobil telefon aksessuarları və bahalı qol saatlarının alqı-satqısı ilə məşğul olan peşəkar ticarətçi kimi təqdim edib. Əgər sərmayə olaraq külli miqdarda pul verərlərsə, onları da öz biznesinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə aldadıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi F.Cavanşirov barəsindəki yeni cinayət işi üzrə hökm çıxarıb. Onun barəsində yeni hökm elan edilib və 10 il 6 ay həbs cəzası təyin edilib.
(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












