Həkim: “Üç doza vaksin olunan şəxslər ...”

Üçüncü dozanı ilkin dozanın üzərindən 6 ay və daha çox keçmiş şəxslər, yüksək risk qrupunda işləyənlər - səhiyyə, təhsil, vətandaşlara xidmət sektoru və sair - 65 yaşdan yuxarı olan şəxslər qəbul edə bilərlər.
Avtosfer.az "Publika.az"a istinadən xəbər verir ki, bunu açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işci qrupunun üzvü, infeksionist Natiq Əliyev deyib. Həkim bildirib ki, Azərbaycanda da artıq üçüncü doza ilə peyvəndləmə işləri aparılır:
“Eləcə də 18 yaş üzərində olanlar, xroniki xəstəlikləri olan şəxslər mütləq şəkildə peyvəndlənməlidir. Dünya praktikasına əsasən, 3-cü doza olunmuş şəxslər arasında xəstəliyi ağır keçirmə halı və mortalitə (ölüm halları) aşağı düşüb. Pandemik dönəmin hələ də davam etdiyini düşünərək mütləq şəkildə üçüncü doza peyvəndləmə aparılmalıdır. Bəzən insanlar yanlış olaraq “məndə şəkər var, olmaz”, “allergiyam var, olmaz” deyə düşünürlər. Bütün bunlar əsassızdır. Kəskin durum olmadığı halda mütləq şəkildə peyvəndlənmə aparılmalıdır. Bəzən 1 və ya 2-ci dozadan sonra nadir də olsa, ciddi yan təsir ola bilər. Bu hal çox az da olsa, dünya praktikasında görülüb. Həmin hallarla rastlaşan vətəndaş müraciət edərək həkim komissiyası tərəfindən müayinə edildikdən sonra əks göstəriş üçün baxıla bilər”.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












