Həmin gün bayram olsa da, işə gedəcəyik

Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə xeyli yanlış fikirlər tirajlanir. Sahəsinin peşəkarı olmayan şəxslər tərəfindən Əmək Məcəlləsindəki dəyişikliklərlə bağlı izahlar, şərhlər təqdim olunur və ən pisi də insanlar tərəfindən doğru qəbul edilib təşəkkür edilir.
Avtosfer.az xəbər verir ki, bu sözləri İnsan resursları üzrə mütəxəssis, Əmək qanunvericiliyi sahəsində 10 kitab müəllifi Nüsrət Xəlilov deyib. O, mediada yayımlanan doğru bilinən yanlışlardan bəzilərini təqdim edib.
Mütəxəssis bildirib ki, qanunvericiliyə edilən fəyişikliyə əsasən, artıq istehsalat təcrübəsi keçənlərlə mütləq əmək bağlanmalı olduğu ilə bağlı deyilənlər yanlışdır.
O, həmçinin artıq əlavə məzuniyyətlərin cəmlənəcəyi ilə bağlı yazılanların da doğru olmadığını söyləyib. N.Xəlilovun sözlərinə görə, bu, 23 ildir belə idi və mahiyyət dəyişməyib.
“Artıq ümumxalq hüzn günü və səsvermə günü məzuniyyətin təqvim günlərinə daxil edilməyəcəyi bildirilir. Bu, 32 il idi belə idi. Mahiyyət dəyişməyib, sadəcə Məcəlləyə daxil edilib.
“Artıq məzuniyyətə çıxanda məzuniyyət haqqının aylıq əmək haqqından az olmayacaq”. Yanlışdır.
“Ezamiyyətə getmək artıq məcburi olacaq”. Əvvəl də məcburi idi, lakin Qanun indi daha dəqiq işçinin vəzifəsi və işəgötürənin hüququ olaraq müəyyən edib.
“Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək”. Bu, əvvəl də mümkün idi. Lakin, maddədə olan normativ qeyri-müəyyənlik aradan qaldırılıb.
“Dövlət Suverenliyi Günü (20 Sentyabr) iş günü hesab edilməyəcək”. Yanlışdır, çünki bu gün bayram olsa da, iş günü hesab edilən bayram günüdür”, - deyə o əlavə edib./olke.az
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












