Banner

Şəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən REAKSİYA

Hadisə 27 Noyabr 2026 15:48
Şəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən REAKSİYA
WhatsApp kanalımıza abunə olun

"Şəmkirin Keçili kəndində ayı görünməsi barədə xəbərlər həqiqəti əks etdirmir".

Avtosfer.az xəbər verir ki, bu barədə Şəmkir Rayon İcra Hakimiyyəti açıqlama yayıb:

"26 noyabrda bir sıra KİV-də və sosial şəbəkə səhifələrində Şəmkirin Keçili kəndi ərazisində qonur ayının müşahidə olunması və yaşayış sahələrinə yaxınlaşması ilə əlaqədar dərc edilmiş xəbərlərlə əlaqədar bildiririk ki, yayılmış məlumatlar həqiqətəuyğun deyil.

İcra hakimiyyəti media vasitələrini dəqiqləşdirilməmiş məlumatları paylaşmaqdan çəkinməyə, məlumatların dərcindən öncə onları rəsmi mənbələr əsasında yoxlamağa çağırır"./oxu.az

Oxunub : 58
ŞƏRH YAZ
Ad

E-mail

Şərh