Banner

Qubada gəncin batdığı kanalın suyu kəsildi

Hadisə 27 Noyabr 2026 15:36
Qubada gəncin batdığı kanalın suyu kəsildi
WhatsApp kanalımıza abunə olun

Qubada suvarma kanalına yıxılaraq itkin düşdüyü ehtimal olunan gəncin axtarışları davam etdirilir.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradovun axtarışlarının asanlaşdırılması məqsədilə suvarma kanalına suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, hadisə noyabrın 22-də baş verib. Belə ki, X.Muradov "KamAZ" markalı yük avtomobilini saxlayaraq su götürmək istəyərkən kanala düşüb.

Sözügedən suvarma kanalı Quba rayonu ərazisindən keçərək Samur-Abşeron kanalına birləşir.

Qeyd edək ki, itkin düşən gəncin yaxınları axtarış işlərinin asanlaşdırılması üçün kanala suyun verilməsinin dayandırılmasını xahiş etmişdilər.

Oxunub : 58
ŞƏRH YAZ
Ad

E-mail

Şərh