Banner

''Həmin “həkim” qadın polislərlə əlbir işləyir...'' - YPX-nin “Maliki” KİMDİR?

Xəbərlər 23 Yanvar 2017 12:10 Oxunub 26168
''Həmin “həkim” qadın polislərlə əlbir işləyir...'' - YPX-nin “Maliki” KİMDİR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
''400 manat versəydim heç bir sənədləşdirmə aparmadan məni buraxacaqdılar"

''Yanvarın 15-də kəndimizin 3-cü küçəsində maşını saxlayıb, dostum Elnurla söhbət edirdik. Bu zaman mənim telefonuma zəng gəldi. Telefonla danışarkən 230 saylı dövlət qeydiyyat nömrə nişanlı YPX-i maşını gəldi. Həmin maşından bir nəfər polis məmuru düşüb, zor tətbiq edərək məni polis maşınına otuzdurdu və qapıları bağladı. Özü isə qabaq oturacaqda oturaraq sürücü yoldaşına, sür gedək dedi''. Avtosfer.az xəbər verir ki, bu fikirlər yol polisi tərəfindən saxlanlan Şəmkir rayon Düyərli kənd sakini Elman İbrahimovun Criminal.az saytına müraciətində deyilir.Şikayətçinin sözlərinə görə, polis maşınında telefonla ailəsinə zəng etmək istəyəndə, həmin polis məmuru təkrar zor tətbiq edərək telefonu əlindən alıb: ''Sonradan öyrəndim ki, onun adı Ruhidir. Daha sonra polis məndən maşınımın açarını tələb etdi. Etiraz etdim, maşında benzin olmadığını, maşında şəxsi əşyaların olduğunu söylədim. Həmin polis məmuru mənə dedi ki, sənin maşınını evukator aparacaq. Polis maşını Şəmkir dairəvi avtomobil yolunda maşından düşdü, biz təkrar yola düşdük. Malik adlı sürücü yolda mənə dedi ki, çox narahat olma, səni yola verəcəyik, buraxacağıq. Malik maşını həyət evlərindən birinin həyətində saxladı. Həmin evdən ev paltarında bir qadın gəlib maşının ön oturacağında oturdu və əlindəki trubkanı mənə uzatdı, "üfür" dedi, mən də üfürdüm, hec nə çıxmadı. 2-3 dəfə təkrar üfürtdülər, yenə də heç nə çıxmadı. Qadın Malikə dedi ki, heç nə yoxdur. Malik mənə dedi ki, onsuz da səni buraxacaqdıq, bizim bura gəlməyimizə görə sən bura imza at ki, dünən 50 qram araq içmişəm. Mən də ona inanaraq onun diktə etdiyi cümlələri təkrar etdim. Malik qadına da dedi ki, sən bunu dəftərə yazma, qaralamaya yaz, bunu buraxacağıq. Qadın mənim içmədiyimi müəyyən edir, Malik isə qadını da, məni də məcbur etdi və mənə yazdırdı ki, bu gün günorta 50 qram araq içmişəm. Sonradan mənə bildirdilər ki, evində 24 saat müayinə edən həmin “həkim” qadın polislərlə əlbir işləyir, onların dediklərini yazir, onlardan haqq alır''. E.İbrahimov qeyd edir ki, bölməyə aparılandan sonra ondan 400 manat istəyiblər və orda aldadıldığını anlayıb: ''400 manat versəydim heç bir sənədləşdirmə aparmadan məni buraxacaqdılar. Mən pul verməyəcəyimi dedim. Bundan sonra onlar maşınımı cərimə meydançasına qoydular. 400 manat pul verməkdənsə, cəriməni dövlət büdçəsinə ödəyib maşınımı çıxarmaq istədim. Tələb etdim ki, protokolu yazın, maşınımı çıxarım. Həmin gün dəfələrlə tələb etdim ki, sənədləşdirin. Süründürdülər, sənədləşdirmə aparmadılar. Protokol yazılmadı. Həmin gün axşama kimi orada oldum, maşınımı çıxara bilmədim, səhər təkrar polisə getdim. Nə qədər tələb etsəm də, mənə məhəl qoyan olmadı. Sonda məcbur olub 102 qaynar xəttinə zəng vurub buradakı qanun pozuntuları haqqında məlumat verdim.

Zəngdən sonra polisdə bildirdilər ki, protokolu ancaq Malik yaza bilər, bizim ixtiyarımız yoxdur. Onun telefon nömrəsini verdilər ki, özün zəng et gör haradadır. Malikə zəng etsəm də, cavab vermədi. Məcbur olub Şəmkir rayonu ərazisində Maliki axtarmağa başladıq. Maliki tapana kimi 120 km yol qətt etmişdik. Sonda Maliki tapdım, ondan tələb etdim ki, 2 gün öncə cərimə meydançasına saldığın maşına protokol yaz, mən gedim maşınımı götürüm. Malik isə əsəbiləşərək cavab verdi ki, indi vaxtım yoxdur, get 3 gündən sonra gələrsən. Yenə qayıtdım bölməyə, olanları müavinə danışdım, müavin dedi ki, mənim ixtiyarım yoxdur onun əvəzinə protokol yazmağa. Müavindən xahiş etdim ki, Maliki siz çağırın gəlsin. O, da mənim yanımda bir neçə dəfə Malikə zəng vurdu, Malik telefonu qaldırmadı.

Məcburiyyət qarşısında təkrar 102 xidmətinə zəng vurdum. Xidmətdan mənə telefonu yaxınlığımda olan polis məmuruna verməmi istədilər, mən də telefonu müavinə verdim. Onların nə danışdığını bilmirəm. Danışıqdan sonra müavin otağa girdi. Hansı vasitə iləsə Malikə zəng etdi. 10-dəqiqədən sonra Malik gəldi. Protokolu yazdı, bir nüsxəsini mənə vermədi, mən etiraz edərək bildirdim ki, heç olmasa protokolun şəklini çəkim oxuyum tanış olum, görüm ora nə yazmısan. Malik mənim təkrar 102 xidmətinə zəng edəcəyimdən ehtiyat edərək protokolun bir nüsxəsini mənə verdi. Protokolu oxuyanda məlum oldu ki, protokol başqa cür yazılıb. Digər bir məsələ də mənim maşınımda olan video kamerada olan sübutların pozulması haqqında dəlil-sübutların Malik tərəfindən silinməsi, yox edilməsidir. Orada olan dəlil-sübutlar silinməsəydi mən pozulmuş hüquqlarımı bərpa edə bilərdim. Şəmkir DYP-də Malik adlı məmur məhəl qoymur. O. istədiyi formada rüşvət alır, sürücülərlə istədiyi formada gobud rəftar edir. Rüşvət verməyənə isə yüksək məbləğdə cərimələr yazır, narazılıq edənləri isə polislə hədələyir''.

Criminal.az-ın əməkdaşı Malik adlı polislə əlaqə saxlamaq istəsə də mümkün olmayıb. O, telefon zənglərinə cavab verməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh