Hər dördüncü yol qəzasına mobil telefon səbəb olur

Mobil texnologiyalar rabitə, ünsiyyət və informasiya ilə rahat iş olmaqla yanaşı, həm də kədərli yol nəqliyyat hadisəsi statistikasıdır. İKT.lent.az-ın “Telekomza”ya istinadən xəbərinə görə, ABŞ-da yollarda baş verən qəzaların 27 faizi bu və ya digər halda mobil telefonlarla əlaqədardır.
Bu, ABŞ Milli Təhlükəsizlik Şurasının 2014-cü il üçün olan statistikasıdır. Tədqiqat “AT&T” mobil rabitə operatorunun sifarişi ilə aparılıb və rəqəmlər çoxları üçün gözlənilməz olub. Məsələn, sürücülərin 61 faizi sükan arxasında SMS yazdığını deyib. Bundan əlavə, rəyi soruşulanların 22 faizi sükan arxasında hər dəqiqə sosial şəbəkələri yoxlamasını qeyd edərək bunu asılılıq kimi izah edib.
Bildirilir ki, sosial şəbəkələr insan həyatına adi narkomanlıq kimi son qoyan ciddi narkomaniya formasına çevrilib.
Rəyi soruşulan sürücülərin 33 faizi sükan arxasına elektron poçtdan, 28 faizi internet brauzerdən istifadə edir, 27 faizi “selfie” çəkir, 14 faizi "Instagram” şəbəkəsinə fotoşəkillər göndərir.
ABŞ-ın 46 ştatında sükan arxasında SMS yazmaq qanunla qadağandır, lakin yalnız 14 ştatda avtomobili idarə edərkən telefondan istifadə tam qadağan edilib. Analitiklərin fikrincə, mobil asılılığa qalib gəlmək artıq qeyri-mümkündür və qurğuların səbəb olduğu qəzaların qarşısını almaq üçün yeganə üsul sürücüsüz idarə olunan avtomobillərin tətbiqidir.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












