Hərbi ekspert: "Azərbaycan tərəfə açılan atəşi terror kimi də dəyərləndirə bilərik"

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Yanvarın 6-sı saat 14:10-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Təbii ki, Ermənistanın növbəti dəfə şərti sərhəddə Azərbaycan Ordusunun mövqelərini atəşə tutması bu ölkənin nəinki sülh istədiyini, əksinə, təxribatçı addımlarla sabitliyin pozulmasına yönəlik fəaliyyətlərini davam etdirdiyini göstərir.
Mövzu ilə bağlı danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, baş verən hadisəyə bir neçə aspektdən yanaşmaq lazımdır:
"Azərbaycan tərəfə açılan atəşi biz terror kimi də dəyərləndirə bilərik. Çünki bu atəş mülki şəxslərə də dəyə bilərdi. Digər tərəfdən isə Ermənistan artıq 2025-ci ildə də vəziyyəti yenidən gərginləşdirməyə və bölgədə eskalasiyanın yaradılmasına mənfi mənada töhfə verməyə çalışır. Burada da bir neçə məqsəd var:
Əvvəla, İrəvan Amerika Birləşmiş Ştatları və Rusiya arasında yaranan gərginlikdən istifadə edib maraqlarına xidmət edən addımlar atır.
İkincisi, Ermənistan Azərbaycanı yenidən ittiham obyektinə çevirməyə çalışır".
"Amma reallıq budur ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hakimiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və şərti sərhəd bölgəsində delimitasiya, demarkasiya prosesinin həyata keçirilməsi üçün addımların atılmasında maraqlı olub. Azərbaycan tərəfi də bu istiqamətdə bütün çağırışlara müsbət cavab verib, addımlar atıb. Lakin Ermənistan tərəfi hər dəfə belə mənfur addımlarla həm də Azərbaycanı təxribata çəkməyə çalışır, Avropa İttifaqını bizə qarşı yönəltməyə cəhd edir.
Lakin qeyd etdiyim kimi, həm Rusiyanın, həm Avropa İttifaqının vasitəçiliyi ilə həyata keçirilən bütün görüşlərdə Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, amma hüquqi müstəvidə sülh müqaviləsinin imzalanması şəklində bunun həyata keçirilməsində maraqlı deyil. Əgər maraqlı olsa idi, ötən dövr ərzində bu məsələdə konkret addımlar atar, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasından çəkinib üzərinə düşən öhdəliyi yerinə yetirərdi. Hesab edirəm ki, bu cür təxribatlar bölgədə gərginliyin artmasına gətirib çıxara bilər və nəticədə proseslər başqa müstəvidə, ən azı lokal qarşıdurmalar formasında davam edə bilər. Çünki Ermənistanın Azərbaycan ərazisinə açdığı növbəti atəş gərginliyin yenidən alovlanmasına xidmət edir", - deyə ekspert əlavə edib.
(oxu.az)
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM








