Həştərxanda “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə beynəlxalq forum keçiriləcək

Noyabrın 13-15-i tarixlərində Həştərxanda “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi - yeni üfüqlər” beynəlxalq forumu keçiriləcək.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, forumun keçirilməsində məqsəd Yaxın Şərq, Cənubi Asiya və Şərqi Afrika ölkələri ilə dayanıqlı ticarət-iqtisadi əlaqələrin yaradılması və bu ölkələrin premium bazarlarına tez və sərfəli şəkildə daxil olmaq imkanı kimi nəzərdən keçirilən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyəti üçün yeni konsepsiyanın formalaşdırılmasıdır.
Sessiya mövzuları İran, İraq, Pakistan, Əfqanıstan, Yaxın Şərq, Cənubi Asiya, Şərqi Afrika və Qlobal Cənubun bazarları, ehtiyacları və ixrac təklifləri; Yaxın Şərq, Cənubi Asiya və Şərqi Afrikada mövcud və yeni ticarət mərkəzləri ilə bağlı olacaq.
Bundan əlavə, “Şimal-Cənub” dəhlizinin nəqliyyat və logistika marşrutları və əlaqədar marşrutlarla daşımaların faktiki dəyəri, sürəti və müntəzəmliyi; Şərq və Qlobal Cənub ilə işləmək üçün maliyyə ödəmə sxemləri və yük sığortası; yeni şəraitdə paralel idxal və təkrar ixrac məsələləri müzakirə olunacaq.
Forumun iştirakçıları “Şimal-Cənub” dəhlizi arealı, Hind okeanı, Şərqi Afrika, Cənubi və Cənub-Şərqi Asiya regionunda yerləşən ölkələrin hökumət və biznes strukturlarının nümayəndələri, habelə ixrac-idxal şirkətləri, treyderlər, bank, maliyyə, hüquqi və konsaltinq strukturları və logistika şirkətləridir.
2023-cü ildə forumda 17 ölkədən 240-dan çox şirkətin nümayəndələri iştirak edib.
Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında hökumətlərarası saziş 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanıb. Hazırda 12 ölkə, o cümlədən Tacikistan, Qazaxıstan, Azərbaycan, Belarus və Oman sazişin iştirakçılarıdır. Uzunluğu 7,2 min km olan marşrut Sankt-Peterburqdan (Rusiya Federasiyası) Mumbay limanına (Hindistan) qədər uzanır. “Şimal-Cənub” dəhlizi 3 marşrutdan: Transxəzər (dəmir yolları və limanlardan istifadə edilməklə), qərb və şərq (quru) marşrutlarından ibarətdir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












