“Həyata yol ver!/Life comes first on the road!” adlı film müsabiqəsinə start verilib

Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində “Həyata yol ver! / Life comes first on the road!” adlı film müsabiqəsinə start verilib.
Belə ki, həm peşəkar, həm də həvəskar film müəllifləri bu linkə daxil olub qeydiyyatdan keçməklə müsabiqədə iştirak edə bilərlər. Filmlərin xronometrajının 5 dəqiqəyə qədər olması nəzərdə tutulub.
Müsabiqənin keçirilməsində əsas məqsəd yol hərəkətinin təhlükəsizliyi, yol-nəqliyyat hadisələrinin səbəb olduğu sosial nəticələr və düzgün davranış haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirmənin bu formada aparılması daha geniş auditoriyanın məlumatlandırılmasını təmin etmək, sürücü və piyadaların davranışlarını müsbət mənada dəyişdirmək və daha çox insana öz yaradıcılıq bacarıqlarını ifadə etmək üçün imkan yaratmaqdır.
Qeyd edək ki, Tvinninq layihəsi yol hərəkətinin təhlükəsizliyi sisteminin hüquqi və institusional bazasının gücləndirilməsi, bu sahədə idarəetmə üzrə effektiv sistemin qurulması, eləcə də yol hərəkətinin təhlükəsizliyi ilə bağlı məlumatlılığın artırılması və vətəndaşlar arasında yolda məsuliyyətli və təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Hökuməti tərəfindən həyata keçirilən təşəbbüsdür.
Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və birbaşa benefisiarı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Layihənin tərəfdaşları Avropa İttifaqının Polşadakı Nəqliyyat Layihələri Mərkəzi və Litva Nəqliyyat Təhlükəsizliyi İdarəsidir.
Film müsabiqəsi barədə daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












