Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatı çatdırıb - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatları çatdırılıb.
Avtosfer.az xəbər verir ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu mütəmadi olaraq bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.
Ötən müddətdə respublika üzrə sosial yardıma ehtiyacı olan minlərlə ailəyə Yeni il, Novruz və Qurban bayramlarında sovqatlar çatdırılıb, onlar üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib.
Budəfəki Novruz bayramında isə respublika üzrə ümumilikdə 100 min ailəyə baş çəkilib, onlara Fondun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb.
Qeyd edək ki, sovqatların ailələrə çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri dəstəyi ilə həyata keçirilib.
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti sovqatların regionlara daşınmasına və paylanmasına dəstək verib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












