Həyətindəki istixanada narkotik yetişdirən Masallı sakini saxlanılıb - FOTO
Həyətindəki istixanada narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Nəzəroba kənd sakini Elman Zamanov saxlanılıb. Onun yaşadığı evin həyətindəki istixanada əkərək kultivasiya yolu ilə yetişdirdiyi ümumi çəkisi 13 kiloqrama yaxın olan 60 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Niyazi Quliyev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən hazır bükümlərdə qablaşdırılmış heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır


Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO












