Hikmət Hacıyevdən sosial media ilə bağlı açıqlama

“Əməkdaşlıq çərçivəsində sosial media münasibətlərinin qurulması, həmçinin bu kimi platformaları təqdim edən aparıcı şirkətlərin qarşısında məsələlərin qaldırılması var. Azərbaycanda sosial media məsələlərində hesabların və onu işlədənlərin kimliklərinin olmaması, bunu həyata keçirən platformaların bu barədə məlumatları verməməsi, sosial media vasitəsilə terrorizm, zorakılıq və digər neqativ tendensiyaalrı təbliğ olunması var”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunun qarşısının alınması ilə bağlı məsələlər müstəviyə çıxanda feysbuk, tvitter kimi platformalar və digər resurslar tərəfindən lazımi imkanlar yaradılmır: “Məsələn, Almaniyanın özündə də bunula bağlı qanun qəbul edilib ki, hər hansı zorakılıq və Almaniya qanunlarına müvafiq gəlməyən hallar olduğu təqdirdə onlar bu cür sosial media platformaları qarşısında məsələ qaldırılar. Ona görə də sosial mediada gedən neqativ, cəmiyyətimizə və insanlarımıza mənəvi, sosial-psixoloji təsir edə biləcək məlumatlarla bağlı məsələdə tək Azərbaycanın deyil, qardaş ölkələrin də narahatlıqları var. Xüsusən də ermənilərin bəzi təbliğat dairələri sosial mediadan istifadə edərək cəmiyyətə neqativ fikirlərin çatdırılmasını hədəflər kimi qarşıya qoyurlar”.
H.Hacıyev bildirib ki, bu məsələdə də əməkdaşlığın ilkin çalarları barədə geniş fikir mübadiləsi aparılıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












