Hökumət Ödəniş Portalının internet səhifəsi və mobil tətbiqi fəaliyyətini DAYANDIRIR

10.01.2024-cü il tarixindən Hökumət Ödəniş Portalının (HÖP) internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılacaq.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd edilib ki, ölkədə fəaliyyət göstərən bütün bankların, həmçinin bir çox bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həlləri Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edilib. Sözügedən qərar HÖP-ə inteqrasiya olunmuş bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanının olmasını nəzərə alaraq verilib.
AMB-dən əlavə edilib ki, HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə aparılan ödənişlər bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirilə bilər. (apa-economics)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












