Hökumət qadın həbsxanalarını bağlamağı planlaşdırır

Britaniyanın ədliyyə naziri Şabana Mahmud qadınların həbsə düşməsinin azaldılması və nəticədə qadın həbsxanalarının bağlanması ilə bağlı yeni planlar təqdim edib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, o, qadın həbsxanalarının sayını azaltmaq məqsədini daşıyan yeni bir qurum – qadın ədalət şurasını təsis etdiyini elan edib.
İngiltərə və Uelsdə həbsxanadakı məhbusların sayı iki həftə əvvəl rekord səviyyəyə çatıb. Bildirilib ki, həbsdə 88 521 nəfər saxlanılır, lakin onlardan cəmi 3440-ı qadındır. Bu qadınların yarısından çoxu - 55 faizi məişət zorakılığının qurbanıdır və onların üçdə ikisi isə zorakı olmayan cinayətlər törədiblər.
Hökumət qadın məhbuslar üçün həbsxana alternativlərini, o cümlədən icma dəstəyi və yaşayış mərkəzləri kimi xidmətləri inkişaf etdirməyi planlaşdırır.
Şabana Mahmud qeyd edib ki, qadınlar kişilərə nisbətən daha çox xırda ittihamlarla həbs cəzasına məhkum edilir və bu qadınların təxminən üçdə ikisi zorakı cinayətlərə görə həbs olunmayıb. Nazir qadın məhbusların yarısından çoxunun ana olduğunu qeyd edərək həbsxanaların ailələrə vurduğu ziyanın nəsildən-nəslə keçdiyini vurğulayıb.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












