“Hyundai” markalı avtomobili qaçıran şəxs saxlanıldı

Xəbərlər 23 Avqust 2024 10:37
“Hyundai”  markalı avtomobili qaçıran şəxs saxlanıldı
WhatsApp kanalımıza abunə olun

Nərimanov rayonu Ə.Orucəliyev küçəsində “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Zabrat qəsəbəsi ərazisində tapılıb.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxunub : 720
ŞƏRH YAZ
Ad

E-mail

Şərh