İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır - Hərbi ekspert

Son vaxtlar Azərbaycanda hərbi vəziyyətlə bağlı bəzi şəxslər hərbi formalar geyinməyə başlayıb. Hətta hərbiyə aidiyyəti olmayan bəzi incəsənət nümayəndələri hərbi rütbəli formalar geyinməklə şəkil və videolar paylaşır, cəbhə bölgəsinə yollanırlar.
Avtosfer.az-ın məlumatına görə hərbi ekspert Ruslan İmanquliyev Trend-ə açıqlamasında bildirib ki, həmin şəxslərin hərbi forma geyinməsi qanunla qadağandır: "Hərbi formanı hazırda xidmətdə olan və ehtiyatda olan hərbçilər geyinə və hərbi rütbəni daşıya bilərlər. Çünki həmin şəxsin hərbi biletində uniforma daşıya bilməsi ilə bağlı qeyd bölümündə bu göstərilib. Bunu istənilən şəxs geyinə bilməz. İcazəsi olmayan şəxsin hərbi forma geyinməsi, hərbi rütbə daşıması cinayətdir".
Ekspert bildirib ki, bütün növ hərbi formaların daşıma icazəsi xidmət etdikləri və ya təxris olduqları müvafiq qurumların icazəsi əsasında tənzimlənir. Hərbi qulluqçular öz aidiyyəti qurumlarından tərxis olunduqda hərbi biletlərində müvafiq qeydlər bölməsində qeyd edilir ki, uniforma daşıya bilər və ya bilməz. Hər bir qurum öz səlahiyyətli olduğu ərazidə bu əsası yoxlamaqla yanaşı, ümumilikdə isə ölkə ərazisində uniforma daşıdıqda buna icazə olub- olmamasına nəzarət Daxili İşlər Nazirliyinin səlahiyyətindədir.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












