Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA

Azərbaycanda avtomobil yolları şəbəkəsinin indeksləşdirilməsi və rəqəmsal reyestrin yenilənməsi məsələsi yenidən gündəmə gəlib. Yol şəbəkəsinin aktual vəziyyəti, koordinatları, texniki göstəriciləri və balans mənsubiyyəti barədə məlumatların vahid elektron sistemdə toplanması nəqliyyat infrastrukturunun daha səmərəli idarə olunması baxımından əhəmiyyətlidir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə fikirlərini bölüşüb.

Ekspertin sözlərinə görə, Azərbaycanın ümumi avtomobil yolları şəbəkəsi 18 916 kilometr təşkil edir. Bunun 14 109,1 kilometri və ya 74,5 faizi yerli əhəmiyyətli, 4 806,9 kilometri və ya 25,4 faizi isə respublika əhəmiyyətli yollardır.
Yerli əhəmiyyətli yolların siyahısı 31 mart 2005-ci ildə, respublika əhəmiyyətli yolların siyahısı isə 5 yanvar 2005-ci ildə Nazirlər Kabinetinin qərarları ilə təsdiqlənib.
Ötən 21 il ərzində yaşayış məntəqələri, infrastruktur və nəqliyyat tələbatı əhəmiyyətli dərəcədə dəyişib. Buna görə də yol şəbəkəsinə dair məlumatların müasir tələblərə uyğunlaşdırılması vacibdir.
Rauf Ağamirzəyev qeyd edib ki, 2019–2023-cü illər üçün Yol Hərəkətinin Təhlükəsizliyi Dövlət Proqramında avtomobil yollarının dövlət reyestrinin yaradılması və GPS əsaslı elektron xəritənin hazırlanması da nəzərdə tutulub.
Hazırda əsas məsələlərdən biri yol şəbəkəsinin indeksləşdirilməsi və rəqəmsal reyestrin yenilənməsi istiqamətində görülən işlərin hansı mərhələdə olduğunu müəyyənləşdirməkdir.
O vurğulayıb ki, söhbət yalnız mövcud siyahıların yenilənməsindən getmir. 18 916 kilometrlik avtomobil yolları şəbəkəsinin uçotu, saxlanılması və gələcək inkişafı aktual məlumatlar əsasında planlaşdırılmalıdır. Bunun üçün yolların koordinatları, texniki vəziyyəti və balans mənsubiyyəti barədə məlumatların vahid rəqəmsal reyestrdə əks olunması mühüm əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu
Avtomobildə qanunsuz reklama görə cərimə belə olacaq – YENİ QANUN
Maşında telefondan istifadə edənlər kamera ilə cərimə ediləcək - YENİLİK
Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan paylaşım edib - VİDEO
Türkiyədən gətirilən məhsullar gömrük güzəştlərinə baxmayaraq niyə bahalaşır? – AÇIQLAMA












