"IATA Travel Pass" Azərbaycanda da tətbiq oluna bilər
Xəbərlər
19 İyul 2021 19:24

Gələn ay "Azərbaycan Hava Yolları" QSC (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “IATA Travel Pass” adlı mobil səyahət tətbiqini iki istiqamət üzrə sınaqdan keçirəcək.
Avtosfer.az bu barədə aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, smartfona yüklənən “IATA Travel Pass” sahibinin səhhətinə dair, o cümlədən koronavirusa qarşı peyvənd olunması və test keçməsi barədə məlumatları özündə cəmləşdirir. Bu tətbiqi yükləyənlər təyyarəyə minməzdən öncə müvafiq yoxlamalara daha az vaxt sərf edirlər.
Tətbiq ilk olaraq Bakı – İstanbul – Bakı, Bakı – Moskva – Bakı reyslərində sınaqdan keçiriləcək. Həmçinin sınaq dövründə sözügedən tətbiqi yükləyən “AZAL Miles” bonus proqramının iştirakçılarına əlavə mil hesablanacaq.
AZAL ilə IATA arasında “IATA Travel Pass” tətbiqinin işlənməsinə dair danışıqlar may ayında aparılıb.
Oxunub : 1012
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
8 Oktyabr 2026 21:44
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
8 Oktyabr 2026 12:41
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
8 Oktyabr 2026 11:53
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
8 Oktyabr 2026 11:14
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
8 Oktyabr 2026 11:11
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
8 Oktyabr 2026 09:24
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
7 Oktyabr 2026 22:17
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
ŞƏRH YAZ












