İçərişəhərə avtomobillərin girişi və hərəkəti məhdudlaşdırılacaq

Bakı 2015 birinci Avropa Oyunlarının Məşəl səfəri 12 iyun tarixində keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl Bakı şəhərində, o cümlədən də İçərişəhərdə müəyyən marşrut üzrə hərəkət edəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən oxu.az-a verilən məlumata əsasən, məşəl 7 iyun tarixində Bakıya gətiriləcək və Qız Qalasında saxlanılacaq.
9 iyun tarixində Məşəl Bakı şəhərindəki bir sıra tarixi binalara aparıldıqdan sonra YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil olmuş qədim İçərişəhərə gətiriləcək.
Bakı-2015 Məşəlinin İçərişəhərdə səyahəti 16:00-da Kiçik Qala küçəsi boyu yerləşən Qala Divarları yaxınlığında başlayacaq. Məşəl Kiçik Qala küçəsi boyu hərəkət edərək Qoşa Qala qapısı meydanına, daha sonra Qüllə küçəsi boyu hərəkətinə davam edərək Buxara və Multanı Karvansaralarının yaxınlığından keçərək Qız Qalası meydanına çıxacaq. Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edəcək Məşəl daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək 16:50-də Orta Əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksində yekunlaşacaq.
Bakı-2015 Məşəlinin İçərişəhərdə səyahəti ilə əlaqədar iyun ayının 8-9-u tarixlərdə İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bakı-2015 Məşəli 11 iyun tarixində Qız Qalasından götürülərək 12 iyun tarixində Açılış Mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən “Sadko” limanına aparılacaq.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












