İlkin Zeynallı Bolt Azərbaycan üzrə Baş Menecer təyin olunub - FOTO
Azərbaycanın aparıcı mobillik platformalarından biri olan Bolt, İlkin Zeynallının şirkətin Azərbaycan üzrə Baş Meneceri vəzifəsinə təyin olunduğunu elan edir. Yeni təyinat Bolt-un ölkədə növbəti inkişaf mərhələsini, innovasiya istiqamətlərini və yerli mobillik ekosisteminin daha da gücləndirilməsini dəstəkləməyə yönəlib.
Avtosfer.az xəbər verir ki, İlkin Zeynallı beynəlxalq şirkətlərdə satış, kommersiya əməliyyatları və strateji idarəetmə sahələrində uzunillik təcrübəyə malikdir. O, peşəkar fəaliyyətinə P&G şirkətində başlayıb və burada Azərbaycan, Qafqaz və Mərkəzi Asiya bazarları üzrə müxtəlif regional və beynəlxalq vəzifələrdə çalışıb. Daha sonra Türkiyədə regional ofisdə Kommersiya Əməliyyatları üzrə Baş Menecer vəzifəsində fəaliyyət göstərib və həmin dövrdə komanda olaraq rekord nəticələr əldə edərək fərdi şəkildə 2 dəfə qlobal CEO mükafatına layiq görülüb.
Bolt-a qoşulmazdan əvvəl İlkin Zeynallı Samsung Electronics şirkətində satış və kommersiya istiqamətlərinə rəhbərlik edib. Beynəlxalq təhsil və müxtəlif bazarlarda qazandığı təcrübə ona qlobal yanaşmaları yerli bazarın xüsusiyyətlərinə uyğun şəkildə tətbiq etmək imkanı yaradıb.
Yeni vəzifəsində İlkin Zeynallı Bolt-un Azərbaycandakı fəaliyyətinin daha da inkişaf etdirilməsi, istifadəçi təcrübəsinin gücləndirilməsi, təhlükəsizlik və xidmət keyfiyyətinin artırılması, eləcə də yerli bazarın ehtiyaclarına uyğun innovativ həllərin tətbiqi istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda, şirkət sürücü tərəfdaşları və istifadəçilər üçün daha dayanıqlı və effektiv mobillik ekosisteminin formalaşdırılmasını hədəfləyir.
İlkin Zeynallının sözlərinə görə, Azərbaycanın rəqəmsal xidmətlər və şəhər mobilliyi baxımından böyük inkişaf potensialı var:
“Beynəlxalq təhsil və təcrübənin əsas üstünlüklərindən biri qlobal yanaşmaları lokallaşdıraraq ölkəyə dəyər qatmaq imkanıdır. Azərbaycan sürətlə inkişaf edən bazardır və düşünürəm ki, innovasiya və texnologiyalar insanların gündəlik həyatını daha rahat və əlçatan etmək baxımından burada mühüm rol oynayacaq.”
Bu təyinatla Bolt Azərbaycanda strateji inkişafını davam etdirmək, yerli bazarın xüsusiyyətlərinə uyğun həllər təqdim etmək və ölkənin mobillik ekosisteminin inkişafına töhfə vermək niyyətini bir daha təsdiqləyir.

Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












