“Instagram”ın gənclər üçün təhlükəsi ortaya çıxdı

“Instagram” sosial şəbəkəsi gənc istifadəçilərə, xüsusən də qızlara mənfi təsir göstərərək onları depresiv və intihar düşüncələrinə sövq edə bilər. “The Wall Street Journal” bu barədə “Facebook” rəhbərinin ictimaiyyət üçün açıqlanmayan araşdırmasına istinadən yazıb.
Məlum olub ki, “Facebook” bu problemi üç il ərzində araşdırıb və on minlərlə istifadəçi arasında sorğu keçirib. Nəticədə narahat edən bir tendensiya ortaya çıxıb. Məsələn, intihar düşüncələrində olan yeniyetmələrdən 13 faiz britaniyalı, altı faiz amerikalı bu hallarını “Instagram”ın təsiri ilə əlaqələndirib.
Materiallara görə, sosial şəbəkənin təhlükəsi, xüsusən, yeniyetmə qızların 32 faizində bədən quruluşları ilə bağlı narahatlıqlarının artırmasıdır, çünki “Instagram” onları özlərini daha pis hiss etmələrinə səbəb olur. Amerikalı gənclərin 14 faizi sosial medianın özgüvəni azaltmasından şikayətlənib./oxu.az
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












