İş adamından nazirin yaxınına ŞOK rüşvət İTTİHAMI - "Hiylə yolu ilə 40 min manat pul almış"

“Şərq Bazarı” Ticarət Kompleksinin sahibi, tanınmış iş adamı Heydər Əliyev bir müddət əvvəl Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyat Departamentində rəis müavini işləmiş Zamin Məmmədova qarşı dələduzluq və rüşvət ittihamı ilə çıxış edib. Həmin məktub barədə məlumat verməzdən öncə qeyd edək ki, Zamin Məmmədov təxminən 4-5 il əvvəl Nəqliyyat Departamentində rəis müavini vəzifəsində işləyib. Ancaq həmin vaxt departamentin rəisi vəzifəsi boş olduğundan, onu əvəz edib. Elə bu səbəbdən də məktubda Zamin Məmmədov Nəqliyyat Departamentinin rəisi kimi qeyd olunub. Azpolitika.info” həmçinin onu da dəqiqləşdirib ki, ixtisasca baytar olan Zamin Məmmədov Ucardandır, nazir Ziya Məmmədovla qonşu kənddəndir. Onlar arasında hansı qohumluq əlaqələrinin olduğunu dəqiqləşdirə bilməsək də, Zamin Məmmədov özünü nazirin ən yaxın qohumu kimi təqdim edib. Mənbəmiz onu da qeyd edir ki, nəqliyyat sektoruna tamamilə yad olan Zamin Məmmədov, bu sahədə iş adamlarının başına açdığı oyunlarla yadda qalıb. Elə tanınmış iş adamı Heydər Əliyevin məktubu da bunu sübut edir. İş adamının “AzPolitika.info”ya göndərdiyi müraciətində deyilir: “Bir vaxtlar Nəqliyyat Nazirliyinin tabeliyindəki Nəqliyyat Departamentinin rəisi, hazırda isə “Azəryolservis” ASC-nin nəzdindəki Yaşıllaşdırma Departamentinin rəisi vəzifəsində işləyən, özünün dediyinə görə nazir Ziya Məmmədovun ən yaxın qohumu olan R. Məmmədov mülkiyyətçisi olduğum “Şərq Bazarı”nda alış-verişin canlanması məqsədilə həmin əraziyə əlavə avtobus marşrutlarının açılacağına söz verərək, məndən və bazarın məzlum satıcılarından hiylə yolu ilə üst-üstə 40 000 (qırx min) manat pul almış, lakin öhdəliyinə və vədinə əməl etməmiş və nəticədə “Şərq Bazarı” ticarət mərkəzinin yerləşdiyi əraziyə heç bir marşrut xətti açılmamışdır.
Ciddi səylərimizə baxmayaraq, bu günə kimi Zamin Məmmədov bizdən aldığı pulu qaytarmır, hüquq-mühafizə orqanlarına aramsız şikayətlərimiz isə heç bir səmərə vermir.Belə ki, Nərimanov rayon prokurorunun köməkçisi Elşən Məmmədov işi Nərimanov Rayon Polis İdarəsindən alaraq, öz icraatına götürmüş və Zamin Məmmədovu bizə məlum olmayan səbəblərdən müdafiə etməyə başlamışdır.
Məhz bütün bunlara görə də ölkə prezidenti cənab İlham Əliyevə və respublikanın səlahiyyətli hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət etməyimiz də qaçılmaz olmuşdur.”
İş adamı vəzifəli şəxsin bu dələduzluğunun geniş ictimaiyyətə çatdırılması üçün mediadan kömək istəyir: “Kütləvi informasiya vasitələri tərəfindən idarə, müəssisə və təşkilatların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququnu həyata keçirərəkən, ictimaiyyətin məlumatlandırılması işində öz dəstəyimizi göstərməkdən ötrü düzgün məlumatlar verməklə sizlərə kömək etmiş oluruq.
Qeyd edilənləri, həmçinin xalq tribunası olaraq oxunaqlı mətbuatınızın geniş kütlə arasında nüfuzunu nəzərə alaraq, ictimaiyyətin obyektiv informasiya ilə təmin edilməsi üçün “Şərq Bazarı”nın müdiriyyəti və çoxsaylı satıcıları adından ünvanlarınıza göndərdiyimiz bu müraciəti dərc etdirməklə ictimailəşdirməyinizi sizdən xahiş edirik”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ












