Qeyri-adi oğurluq planı: İcarəyə götürdükləri maşınlarla oğurluq etdilər - FOTO
Xəbərlər
29 Mart 2021 11:41

Siyəzəndə oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən daş karxanalarının birindən və fəaliyyəti müvəqqəti olaraq dayandırılmış bir neçə restorandan müxtəlif vaxtlarda bir ədəd qaynaq aparatının, 4 ədəd elektrik mühərrikinin, müxtəlif ölçüdə elektrik naqillərinin, təmir-tikinti alətlərinin, obyektlərə məxsus plastik və dəmir qapıların, nəfəsliklərin və digər əşyaların oğurlanması barədə müraciət daxil olub.
Daxil olmuş müraciətlərlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən üç Bakı şəhər sakini – Emin Şöyübov, Təvəkkül Nuriyev və İlkin İbrahimov saxlanılıblar.
Saxlanılan şəxslər törətdikləri oğurluq əməllərini etiraf edərək, obyektlərə qanunsuz daxil olduqlarını, oğurluq yolu ilə əldə etdikləri qənimətləri isə icarəyə götürdükləri nəqliyyat vasitələrinə yükləyərək Bakı şəhərinə apardıqlarını və xeyli hissəsini şəhər ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Əşyaların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.
Faktlarla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.








Oxunub : 1830
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












