İcra Hakimiyyəti 2 il əvvəl təmir olunan yolları yenidən təmir edir?

Biləsuvar Rayon İcra Hakimiyyəti ehtimal qiyməti 889 min 3 manat 74 qəpik olan 2 tender müsabiqəsi elan edib.
Avtosfer.az xəbər verir ki, tender müsabiqələri Biləsuvar şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlıdır.
Tender müsabiqələrində nəzərdə tutulan işlərdən biri dövlət büdcəsi hesabına (566 min 900 manat 32 qəpik), digəri isə büdcədənkənar vəsait hesabın (322 min 103 manat 42 qəpik) icra olunacaq.
Məlumat üçün bildirək ki, əsaslı təmir işlərinin görülməsi nəzərdə tutulan küçələrdən bəzilərində cəmi iki il əvvəl təmir işləri həyata keçirilib. Məsələn, tender müsabiqəsində göstərilir ki, şəhərin Süleyman Rəhimov küçəsində əsaslı təmir işləri görüləcək. Halbuki, 2022-ci ildə yerli xəbər saytlarının birində yayımlanan məlumatdan belə görünür ki, şəhərin Süleyman Rəhimov küçəsində təmir işləri həyata keçirilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi saytında yer alan məlumatda isə göstərilir ki, 2023-cü ildə şəhərin 23 küçəsində və 5 dalan hissəsində yolların yenidən qurulması, təmiri və asfaltlaşdırılması işləri həyata keçirilib.
(yeniavaz.com)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












