İcra hakimiyyəti ağacların diblərini asfaltladı - FOTO - YENİLƏNİB

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsində ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti (DETX) açıqlama verib.
Xidmət rəsmisi Dünya Həsilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olmuş şikayət xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
DETX-nin əməkdaşlarının nəzarəti altında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.
***
Suraxanı rayonu, Əmircan qəsəbəsində abadlıq-quruculuq işləri çərçivəsində ağacların dibinə kimi asfalt çəkilib.
Avtosfer.az xəbər verir ki, bu mənzərəni özündə əks etdirən şəkillər Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi “Facebook” səhifəsində paylaşılıb.
Qurumun rəsmi məlumatında qeyd olunub ki, asfaltlanma işləri qəsəbənin Hasil Bayramov küçəsində aparılıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a bildirildi ki, məsələ araşdırılacaq və əlavə məlumat veriləcək.
Fotoları təqdim edirik:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












