"İctimai nəqliyyatda gediş haqqı bahalaşacaq" - BƏDBİN PROQNOZ

“”Azəristiliktəchizat”ın noyabrın 15-dən verdiyi istiliyin qiyməti artacaq. Bu il həmçinin ictimai nəqliyyatda da gediş haqqı bahalaşacaq”.
Avtosfer.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri əməkhaqqıları, əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərin məbləğlərinin artırılacağı ilə bağlı qərarı dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçı hesab edir ki, böyük ehtimalla sözügedən artım gələn ilin yanvarından deyil, ən yaxşı halda ikinci rübündən həyata keçiriləcək:
“Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən ilin yanvar-sentyabr aylarına nisbətən inflyasiya 5,2 faiz olub. Eləcə də ərzaq məhsulları, içkilər və tütün məmulatları 6 faiz, qeyri-ərzaq məhsulları 4,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 4,6 faiz bahalaşıb. Görünür ki, inflyasiya səviyyəsinin məqsədli şəkildə aşağı göstərilməsi növbəti ildən pensiya istisna olmaqla əməkhaqqıları, sosial müavinətlər və təqaüdlərin 5-10 faiz artırılmasına hazırlıq xarakteri daşıyır.
Pensiyalara gəlincə, gələn ilin fevral ayında pensiyaların indeksləşdirilməsi orta illik artım tempinə uyğun aparılacaq. DSK-nın məlumatına görə, 2021-ci ilin yanvar-iyul ayları 2020-ci ilin yanvar-iyul aylarına nisbətən orta aylıq nominal əməkhaqqı 1,8 faiz artıb. Bu rəqəm ilin sonunadək iki dəfə yüksələcəyi halda pensiyalar 2, 3 və ya 4 faiz indeksləşdirilməklə gələn ilin yanvar ayından arta bilər. Belə olanda da pensiyaların artımı cüzi məbləğlərlə ifadə olunacaq”.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












