“İdarədə məni döydülər, Səfər Əbiyevin əleyhinə ifadə istədilər” - Polkovnik

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov, digər idarə rəisləri Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən, ehtiyatda olan Milli Ordu polkovniki Mirzəli Yusifov ifadə verib. O, bildirib ki, uzun müddət zabit kimi Müdafiə Nazirliyində çalışıb. 2009-2013-cü illərdə Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi olub.
M. Yusifov qeyd edib ki, 2007-ci ildə Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə dəvət edilərək şantaj olunub: “Orada mənə qarşı saxta ittihamla cinayət işi açacaqlarını və məni həbs edəcəkləri ilə təhdid etdilər. Məndən 3 dəfəyə 315 min dollar pul aldılar. Vəzifədən gedəndən sonra yenidən mən Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə dəvət olundum. Orada məni döydülər, qulaqlarımın pərdəsi deşildi. Həmin vaxt Elcan Abdullayev və Nadir Nəzirov da orada idi. Məndən 300 min dollar pul tələb etdilər. Müdafiə naziri Səfər Əbiyevin əleyhinə ifadə verməyimi istədilər. Hətta orada dedilər ki, “səni tutacağıq, Səfər Əbiyevlə eyni kamerada qalacaqsan. O biri kamerada isə general Məmməd Beydullayev və kontr-admiral Şahin Sultanov olacaq”. Mən qəti şəkildə bundan imtina etdim. Dedilər ki, səni tutduracağıq, elə də oldu. Rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay həbs cəzası çəkmişəm”.
Proses oktyabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, M.Yusifov təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb. Polkovnik ona dəymiş 315 min dollar real ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib. İddia məhkəmə icraatına qəbul edilib. Mirzəli Yusifov Azərbaycan Ali Hərbi Məktəbinin rəisi olub. Ondan əvvəl isə Müdafiə Nazirliyinin 112 saylı alayının komandiri olub. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra polkovnik M. Yusifov işdən azad edilib. 2014-cü ildə M.Yusifov rüşvət almaqda ittiham edilərək həbs edilib.
“Qafqazinfo”
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı
Prezidentdən deputatla bağlı - Sərəncam
İnzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısı DƏYİŞDİRİLDİ
Tərxis olunan hərbi qulluqçuların NƏZƏRİNƏ!
İki idarə rəisini vəzifədən azad etdi
Yeni 100 manatlar buraxılır- Köhnələrin aqibəti NECƏ OLACAQ?
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Bahalı avtomobil kolleksiyası olan iş adamı hakim qarşısında
Ayaz oyuncaq istəmişdi, Mehriban Əliyeva əsl "KamAZ" hədiyyə etdi – VİDEO








