İğdır-Naxçıvan qaz kəmərinin auditinə dair protokol imzalanıb

Türkiyə və Azərbaycanın Hesablama Palataları arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin auditi üzrə əməkdaşlıq haqqında protokol imzalanıb.
Avtosfer.az xəbər verir ki, İğdır şəhərinin Aralık rayonundakı BOTAŞ şirkətinin stansiyasında keçirilən tədbirdə Türkiyə Hesablama Palatasının sədri Metin Yener və Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, BOTAŞ şirkətinin baş direktoru Abdulvahit Fidan və digər rəsmi şəxslər iştirak edib.
Tərəflər İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsinin auditi üzrə əməkdaşlıq haqqında protokol imzalayıblar.
M. Yener bildirib ki, bu əməkdaşlıq iki qurum arasında qüvvələri birləşdirərək potensialı artıra biləcəyi yeni dövrün başlanğıcı olacaq: “Bu təşəbbüs beynəlxalq audit standartları çərçivəsində müasir audit metodologiyalarını və yeni texnologiyaların verdiyi imkanları səmərəli şəkildə tətbiq etməyə imkan verəcək. Biz institusional potensialımızı gücləndirməklə, ilk növbədə, dövlət qarşısında öhdəliklərimizi ən yaxşı şəkildə yerinə yetirməyə çalışırıq. İkincisi, biz mədəni coğrafiyamızda dost və qardaş ölkələrin Hesablama Palataları üçün nümunə ola biləcək yeni imkanlar təklif etməyə çalışırıq”.
O qeyd edib ki, bu səylər həm də əhəmiyyətli maliyyə töhfələri verdikləri beynəlxalq təşkilatların auditində daha effektiv təşəbbüs göstərməyinə yol açacaq”.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəmərinin təməli 2023-cü il sentyabrın 25-də qoyulub. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə ötən il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.
Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Report.az
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












