İki gündə axtarışda olan 45 nəfər saxlanıldı

Xəbərlər 24 Mart 2025 11:13 Oxunub 184
İki gündə axtarışda olan 45 nəfər saxlanıldı
WhatsApp kanal|

Martın 22-də və 23-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh