İki kəndin bələdiyyə sədriləri cərimələndi: "İmkanımız yoxdur"

Qəbələ rayonun Nic və Vəndam bələdiyyəsinin sədri cərimələnib.
Avtosfer.az “Qaynarinfo”ya istinadən məlumatına görə, bələdiyyə sədrləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə cərimə edilib.
Hər iki bələdiyyə sədrinin cərimələnməsinə səbəb 2022-2023-cü illərə aid kəndin yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar müvafiq icra hakimiyyəti orqanına təqdim etməməsidir.
Nic bələdiyyəsinin sədri Dallari Valeriy Ragini məhkəmədə bildirib ki, rəhbəri olduğu kəndin ərazisi 2000 hektardan artıqdır. Həmin ərazidə monitorinqi aparmaq üçün kifayət qədər işçiləri yoxdur. Onun ekologiya pozuntuları ilə bağlı çoxlu sayda müracitələri olub. Yaşıllıqların uçotu və monitorinqini düzgün aparmaq məsuliyyətli olsa da, buna faktiki imkanları yoxdur.
Vəndam bələdiyyəsinin sədri Həşimov Asif Firidun oğlu da uçota alınan yaşıllıqlar barədə məlumatı nazirliyə gec təqdim etdiyini etiraf edib.
Məhkəmənin qərarı ilə hər iki bələdiyyə sədri ayrı-ayrılıqda 1000 manat cərimə edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












