İlham Əliyev Rusiya sülhməramlılarının fəaliyyətindən DANIŞDI

Azərbaycan Prezidenti İlham Əliyev Laçın dəhlizində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətindən danışıb.
İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində deyib ki, Azərbaycan bəzi məsələlərlə bağlı Rusiyaya haqlı etirazlarını çatdırır.
“Bununla belə, mən Rusiya sülhməramlılarının fəaliyyətini müsbət qiymətləndirirəm. Əlbəttə ki, bizim məmnun qalmadığımız məsələlər də var, şikayətlərimiz də var”, - deyən İlham Əliyev əlavə edib ki, Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşları qeyri-qanuni şəkildə daxil olur:
“Biz dəfələrlə bu məsələni gündəmə gətirmişik. Çünki Qarabağ bizim ərazimizdir. Bizim icazəmiz olmadan o bölgələrə xarici vətəndaş və ya heç bir avtomobil girə bilməz. Ancaq deyə bilərəm ki, bu məsələ hələ də tam olaraq həll edilmədi. Onu da bildirməliyəm ki, əcnəbi vətəndaşların Qarabağa qanunsuz girişi halları kifayət qədər azalıb. Bizim siyasətimiz və israrlarımızın nəticəsi ilə bu prosesə də son verilir”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə tam şəkildə hörmət edilməlidir.
“Onsuz da yüksək vəzifəli Rusiya rəsmiləri də Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edirlər. Bu vəziyyətdə Qarabağda xidmət edən hərbçilər də (sülhməramlıları nəzərdə tutur - red.) fəaliyyətlərini bu açıqlamalara uyğun şəkildə həyata keçirməlidir”.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












