“İlk dəfə olaraq, rəsmən Azərbaycanla...” - Paşinyan

Dünən iki ölkənin sərhəd komissiyaları aprelin 19-da keçirilən birgə iclasda qəbul edilmiş protokola uyğun olaraq, Ermənistanın Bağanıs, Azərbaycanın Bağanıs Ayrım, Ermənistanın Voskepar, Azərbaycanın Aşağı Əskipara, Ermənistanın Kirants, Azərbaycanın Xeyrimli, Ermənistanın Berkaber və Azərbaycanın Qızılhacılı kəndləri arasında sərhəd hissələrini razılaşdırıblar.
Avtosfer.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün, mayın 16-da hökumətin iclasında bildirib.
“Bu sərhədyanı ərazilərin təsviri protokolları imzalanıb. Baş verənləri iki səbəbdən böyük uğur hesab edirəm. Birincisi, suverenliyimiz və müstəqilliyimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün çox mühüm təməl daşı qoyulub, ikincisi, müstəqillik əldə etdikdən sonra respublikamızın ilk dəfə olaraq rəsmi surətdə demarkasiya olunmuş sərhədi olur, bu da həm adıçəkilən kəndlərdə, həm də Ermənistan-Azərbaycan sərhədi boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini önəmli dərəcədə artıracaq”, - baş nazir bildirb.
Paşinyan qeyd edib ki, demarkasiya işi 1976-cı ilin xəritəsinə uyğun aparılır:
“Bu, Ermənistan və Azərbaycan arasında yeni sərhədin yaradılması prosesi deyil, Almatı bəyannaməsi ilə təsdiqlənmiş sərhədlərin yenidən çəkilməsi prosesidir. Yəni yeni sərhəd yaratmırıq, SSRİ-nin dağılması zamanı mövcud olan və de-yure hüquqi əhəmiyyət kəsb edən sərhədləri yenidən təsdiqləyirik”.
Ermənistan rəhbəri prosesdə işlədilən “yeni prinsip”dən də danışıb:
“Biz prinsip götürmüşük ki, sərhəd keçməli olduğu yerdən keçir. Bu, çox mühüm prinsipdir, çünki bu prinsipdən kənara çıxaraq yeni sərhəd xətti yaratmalı olduğumuz məntiqi ilə getsək, bu o demək olardı ki, biz daimi eskalasiya və hərbi münaqişələr mənbəyi yaradırıq. “Sərhəd keçməli olduğu yerdən keçir” dediyimiz bu prinsipimizi təsbit etməklə, eskalasiya kontekstini aradan qaldırmasaq da, mahiyyətcə, heç olmasa əhəmiyyətli dərəcədə azaltmış olduq”.
Onun sözlərinə görə, bu prinsip Ermənistanla Azərbaycan arasındakı sərhədin bütün hissələri üçün keçərlidir: “Bununla bütün delimitasiya prosesi üçün işləməli olan delimitasiya formulunu yaradırıq. Bu o deməkdir ki, delimitasiya və demarkasiya prosesi maksimum proqnozlaşdırıla bilən olur”. (teleqraf.com)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












