İlk dərs günü itkin düşən yeniyetmə tapıldı - FOTO - YENİLƏNİB

İsmayıllıda ilk dərs günü itkin düşən yeniyetmə tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, 16 yaşlı İbrahim Babazadə İsmayıllı rayonunda tapılaraq ailəsinə təhvil verilib.
***
İsmayıllıda tədris ilinin başladığı ilk gün məktəbli itkin düşüb.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, 16 yaşlı məktəbli İbrahim Babazadə itkin düşüb.
Məktəblinin əmisi bildirib ki, hadisə ötən gün saat 1-2 radələrində baş verib. Belə ki, dərsə getmək adı ilə evdən çıxan yeniyetmə geri qayıtmayıb:
"İbrahim dünən İsmayıllı-Bərdə avtobusu ilə Bərdəyə gedib. Hazırda polis araşdırma aparır, kameralar izlənilir. Bərdədə yanğınsöndürmə idarəsinin yanında şəhid bulağında əl-üzünü yuyub, su içib. Daha sonra ətrafdakı insanlardan mərkəzə gedən avtobus barədə soruşub. Ona 1 nömrəli avtobusa minməsi deyilib. Kimsə onu Bərdənin mərkəzinə çağırıb".
Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verilib, araşdırma aparılır.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












